İrəvanda xalq ayağa qalxdı- VİDEO

İrəvanın mərkəzində keçirilən kütləvi etiraz aksiyalarında müxalifət partiyalarının liderləri çıxışlarında hökuməti sərt tənqid ediblər.



ANS PRESS-in məlumatına görə, liderlər prezident Serj Sarkisyanı təcili istefa verməyə çağırıblar.

"İrs" partiyasının lideri Raffi Ovannisyan bildirib ki, hazırkı hökumət istefa verməlidir və 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan isə tələb edib ki, ölkədə iqtisadi sahədə təcili islahatlar həyata keçirilməlidir: "Mən 2009-cu ildə biznesi stimullaşdıran iqtisadi islahatların keçirilməsinə ehtiyac olduğunu demişdimm. Amma qulaq asan olmadı. Nəticədə işsizlik 43%-ə yüksəldi. 15 min müəssisə isə bağlandı".