- Köhnə - Region
- 27 Oktyabr 2014 20:29
- 2 689
PKK partlayıcı yükü olan maşını qaçırdı - VİDEO
PKK-ın bir qrup üzvü Şırnakın Silopi rayonunun Aksu kəndində bir kömür mədəninə aid olan və təxminən 400 kilo ammonium nitrat partlayıcı daşıyan maşını qaçırıb.
AzNews.az xəbər verir ki, PKK-lılar qaçırdıqları yük maşınındakı partlayıcı maddələri başqa bir yük maşınına boşaldıblar. Daha sonra maşını və sürücünü sərbəst buraxıblar.
Partlayıcı maddələrin ələ keçirilməsi üçün iki ədəd AH-1W hücum vertolyotları havaya qaldırılıb.
AzNews.az