Vəzifəli şəxs küçənin ortasında vuruldu - Türkiyədə (VİDEO)

Türkiyənin Diyarbəkir şəhərində həyat yoldaşı ilə bazarda gedən edən zabit öldürülüb.


Axar.az xəbər verir ki, təcavüzkarlar arxadan yaxınlaşıb və zabitin başına atəş açıb. Xəstəxanaya qaldırılan zabit edilən bütün müdaxilələrə baxmayaraq ölüb.

Vəzifədə olduğu bildirilən zabitin hələ adı açıqlanmayıb. Arxadan yaxınlaşaraq zabiti başından vuran təcavüzkarların üzü maskalı olub.

Polis təcavüzkarları ələ keçirmək üçün geniş əməliyyat başladıb. Bölgəyə çoxlu sayda xüsusi qüvvələr cəlb edildi.