- Köhnə - Region
- 29 Oktyabr 2014 21:24
- 9 862
Məşhur avtoritet Rusiyaya aparıldı- VİDEO
Şakro Maladoy ləqəbli Ded Xasanın varisi Zaxariy Kalaşov Rusiyaya qayıdıb.
ANS PRESS-in məlumatına görə, Kalaşovu bu gün İspaniyadan təyyarə ilə gətirərək, birbaşa Daxili İşlər Nazirliyinin cinayət axtarış Baş idarəsinə aparıblar. Burada onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Kalaşovun saxlanma səbəbləri hələlik açıqlanmır.
Zaxariy Kalaşov 2003-cü ildə İspaniyaya köçüb. O, 2006-cı ildə həbs edilərək 7,5 il azadlıqdan məhrum edilib. 2014-cü ilin yazında onun həbs müddəti başa çataraq sərbəst buraxılıb.
Kalaşov Rusiyanın ən böyük nüfuza malik avtoriteti Aslan Usoyanın (Ded Xasan) ən yaxın dostu olub. O, Ded Xasanın varisi kimi tanınır. Şakro ispan həbsxanasına düşənə qədər kriminal aləmə nəzarət edirmiş.