- Köhnə - Region
- 2 Noyabr 2014 18:31
- 6 442
Polat Alemdar qəzaya düşdü- Çənəsi sındı
“Kurtlar Vadisi” serialında Polat Alemdar rolunu canlandıran məşhur aktyor Necati Şaşmaz yol qəzasına düşüb.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor gecə saatlarında serial çəkilişi zamanı öz avtomobili ilə qəza keçirib. Göztepedə yerləşən xəstəxanaya çatırılan Şaşmazın çənə sümüyünün sındığı məlum olub və aktyor əməliyyat olunub.
Hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.