Ermənistan səfirliyinin əməkdaşı avtoxuliqanlıq etdi - QƏZA

Ermənistan səfirliyinə aid olan “Mercedes” markalı avtomobil Moskvanın şərqində qəza törədib.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, səfirliyin avtomobili Çerkizovski yol qovşağında əks istiqamətdə hərəkət edərək, qarşısına çıxan yol polisinin maşını ilə toqquşub.
Baş vermiş hadisə zamanı ciddi xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəydiyi bildirilir.

Qəzanın Ermənistan səfirliyinə aid avtomobilinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması, sürücünün avtoxuliqanlıq etməsi nəticəsində baş verdiyi sübuta yetirilib.

Xəyal Əzizov