- Köhnə - Region
- 6 Noyabr 2014 20:33
- 4 387
Türkiyəyə səfər edənlərin nəzərinə
Türkiyəyə səfər edən əcnəbi vətəndaşın pasportunun etibarlılıq müddəti bu ölkəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır.
AzNews.az-ın məlumatına görə, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, müvafiq qanun gələn il yanvarın 1-də qüvvəyə minəcək.
Nazirlikdən deyiblər ki, hazırda Türkiyəyə səfər etmək üçün xarici pasport səfər başa çatanadək 3 ay etibarlı olmalıdır, əgər pasport səfərin sonunadək etibarlı idisə, de-fakto kifayət edirdi: "Gələn il yanvarın 1-dən xarici pasportun etibarlılıq müddəti Türkiyəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır".