Erməni deputat Levon Zurabyan səmimi şəkildə etiraf etdi

Ermənistanın "Dağlıq Qarabağ" respublikasını tanınması ölkə üçün təhlükəli prespektiv vəd edir.

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini tanıması vaxtından əvvəl atılmış addım olardı:

"Belə addım Ermənistanın danışıqlardan birtərəfli çıxması danışıqların pozulması demək olacaq: Bu, Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq və hərbi münaqişənin yenidən aktivləşməsi təhlükəsini artıracaq".