- Köhnə - Region
- 15 Noyabr 2014 18:40
- 4 213
Müğənni həbs edildi - VİDEO
Narkotik ticarəti cinayəti ilə 6 aydır ki, axtarılan türk müğənnisi Deniz Seki həbs edilib.
AzNews.az xəbər verir ki, onun İstanbulun Esenyurt bölgəsində yaşadığı evdə nəzarətə götürüldüyü deyilir.Xaricə qaçdığı iddia edilən Sekinin Esenyurtda tutulması hər kəsi şoka salıb.
Deniz Seki daha əvvəl qonaq olduğu proqramda "8 ay yatdığın həbsxanaya təkrar geri dönmək haqda nə düşünürsən?" sualına "Bir daha həbsxanaya girsəm, ölərəm. Məni assalar, daha yaxşıdır. Ora qayıtmaq nə demək bilirsinizmi? Danışanda qoxusu burnuma gəlir. Oranın çox pis bir qoxusu var, Allah düşmənimi ora salmasın. Allah cəzasını çəkən hər kəsi azadlığa buraxsın. Həbsxana canlı-canlı insanı torpağa basdırmaq deməkdir. Mən oraya getmək üçün heç bir günah işlətmədim. Mən tam azad olmaq istəyirəm, çünki mən haqlıyam. Günahsızam" sözlərini demişdi.
AzNews.az