Ata və 3 oğul arasında dava- Şirkəti yandırdılar+ Fotolar

Türkiyənin Mersin şəhərində yanğın hadisəsi qeydə alınıb.


"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailəyə məxsus nəqliyyat şirkətində çalışan ata Halil Coçkar və üç oğlu Metin, Fırat və Murad arasında pula görə dava düşüb. Əsəblərini cilovlaya bilməyən oğullar şirkəti yandırıblar, ata hadisə yerindən qaçıb. Alov içində qalan 3 qardaş canlarını qurtarmaq üçün şirkətin pəncərəsinə atılıblar.

Şirkətdəki yanğın söndürülüb, oğullar polis bölməsinə aparılıb.
image description image description image description