- Köhnə - Region
- 5 Oktyabr 2012 04:22
- 3 176
ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunan azərbaycanlı saxlanıldı
"Saxlanılmış 8 nəfərdən 4-ü, Posobilov Aleksandr, Fişenko Aleksandr, Klebanova Viktoriya, Dyatlova Anastasiya Rusiya vətəndaşlarıdırlar. Digərləri Ukrayna, Azərbaycan və Qazaxıstan vətəndaşlarıdır", deyə Əzizov bildirib.
Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu Rusiyaya qeyri-qanuni olaraq hərbi texnika ixrac etməkdən günahlandırılan bir neçə nəfərin saxlanıldığını bəyan edib. Əsas ittiham olunan 46 yaşlı rusiyalı Aleksandr Fişenkodur. Saxlanılanlar bu gün məhkəmə qarşısına çıxacaqlar.
FTB həmçinin daha 3 nəfər barəsində axtarış elan edib. ABŞ artıq Rusiyaya hərbi texnika ixracına aidiyyatı olan 165 şirkət və şəxsi "qara siyahı"ya daxil edib.
AzNews.az