Sarkisyan: “Qarabağ münaqişəsi vasitəçilərsiz həll oluna bilməz”

Ermənistan prezidenti Serj Sarkisyan İsveçrəli deputatlardan ibarət nümayəndə heyyətini qəbul edib.

AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Sarkisyan onların Qarabağ və Ermənistan səfərini regional tanışlıq üçün mühüm hadisə adlandırıb.

Erməni prezidenti vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həlli beynəlxalq vasitəçilərin iştirakı olmadan həll edilə bilməz. "Məhz bu səbəbdən Ermənistana və Dağlıq Qarabağa səfər sizdə regional durum barədə aydın təsəvvür yaradır".

Sadiq Musa
AzNews.az