- Köhnə - Region
- 15 Mart 2015 21:29
- 4 737
Sabiq prezidentin oğluna 15 il iş verildi
Tehran məhkəməsi İranın sabiq prezidenti Əli Əkbər Xaşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Musavat.com BBC-yə istinadən xəbər verir ki, Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə, həmçinin maliyyə sui-istifadələrində günahkar bilinib.
O sırada M. Rəfsəncani 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə iğtişaşların qızışdırılmasında suçlu hesab edilib.
Mehdi Rəfsəncani 2012-ci ildə Böyük Britaniyadan vətəninə qayıtdıqdan sonra həbs edilmişdi.