Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor (Kiçik Viktor Yanukoviç) Rusiyada faciəli şəkildə vəfat edib. Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor (Kiçik Viktor Yanukoviç) Rusiyada faciəli şəkildə vəfat edib.

Yanukoviçin oğlunun ölüm xəbəri yayıldı- Yenilənib

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor (Kiçik Viktor Yanukoviç) Rusiyada faciəli şəkildə vəfat edib.



"Qafqazinfo"nun məlumatına görə, bu barədə Ukraynanın "Левый берег" saytı şəxsi mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, keçmiş millət vəkili Baykal gölündə keçirilən idman yarışlarına qatılıb. Orada "Volkswagen" mikroavtobusu buzun altına yuvarlanıb. Viktordan başqa digər 5 sərnişin xilas olsa da, onun boğularaq öldüyü bildirilir.

Sürücünün kimliyi barədə heç bir məlumat verilmir.

Eyni zamanda Baykaldakı qəza İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyi tərəfindən də təsdiq edilib:

"Qaydalara zidd olaraq təhlükəsizlik işarələrinə əməl etməyən vətəndaşlar foto çəkdirmək üçün buzun üzərinə çıxıblar. Və maşın çatların arasından gölə düşüb. Sözügedən yerdə dərinlik 20 metr təşkil edir".

Eks-prezident Yanukoviçin oğlanları da onun Ukraynadan qaçışından sonra Rusiyaya sığınıb orada yaşayıblar.

Qeyd edək ki, Kiçik Viktor Yanukoviç sürət həvəskarıdır və avtomobillərə olan sevgisi ilə məşhurdur. Atasının hakimiyyəti dövründə Viktor bahalı maşınlardan avtopark da yaratmışdı.

***

"Baykal gölündə ölənlər arasında Yanukoviç soyadlı adam yoxdur".

Bu barədə Fövqəladə Hallar Nazirliyinini Baykal sulardan xilasetmə dəstəsinin mətbuat katibi Viktor Yanukoviçin oğlunun ölməsi ilə bağlı xəbəri şərh edərkən deyib.

Nazirliyin yaydığı məlumata görə, həmin qəzada ölən yalnız sürücü olub.

"Ölənlərin hamısının şəxsiyyəti dəqiqləşdirilib. Ancaq bizə onların adını açıqlamaq səlahiyyəti verilməyib"-deyə nazirlikdən bildirilib.