Ölkədə kriminal artır... Ölkədə kriminal artır...

Güc strukturlarının rəhbərləri Gürcüstanı tərk edir

Ölkədə kriminal artır...



Gürcüstanda dəyişikliklər baş verməkdə davam edir. Ölkəni tərk edən güc strukturlarının yerini yeni kriminal qruplaşmalar tutmağa çalışır. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, kriminal aləmdə canlanma yaşanmaqdadır. Belə ki, Gürcüstanın "Quriyanyus" agentliyinin verdiyi məlumata görə, həbsxana olayından sonra, keçmiş Daxili İşlər naziri Baçan Axalaya və onun qardaşı Müdafiə nazirinin müavini Data Axalaya seçkilərdən sonra naməlum şəraitdə ölkədən çıxıblar.

Onları son dəfə qara cipdə Tibilisi Beynəlxalq Hava Limanına tərəf gedərkən görsələr də, təyyarəyə mindiklərini görən olmayıb. Daha bir gürcü KİV-i təkcə Axalaya qardaşlarının deyil, digər güc strukturu rəhbərlərinin də ölkəni tərk etdiyini bildirir. "Kanal-9" –un yaydığı məlumata görə, qardaşların yaxın dostu və həbsxana olaylarında adı hallanan Meqis Kardava və Vladimir Bedukadce də ölkəni tərk edənlər arasındadır. İşgəncələrin İcrası departamentinin keçmiş rəhbəri David Çakua da ölkəni tərk edib. Daxili İşlər nazirliyinin Konstitusiya Təhlükəsizliyi departamentinin keçmiş əməkdaşı Qeorqi Dqebuadce də Gürcüstan KİV-nin məlumatına görə, yumşaq desək, aradan çıxıb. Onların hansı şəraitdə və hansı saatlarda ölkədən çıxması da Gürcüstan mətbuatında dəqiqliklə yer alıb.
Gürcü mətbuatını narahat edən əsas məqam isə kriminogen durumun pisləşməsi ilə bağlıdır.

Belə ki, güc strukturları rəhbərlərinin ölkədən çıxması vəziyyəti nəzərə çarpacaq dərəcədə pisləşdirib. "Gürcü arzusu" koalisiyası isə məsələ ilə bağlı məsuliyyəti indiki hakimiyyətin üzərinə qoyub. Onlar bildiriblər ki, hakimiyyəti təhvil almadıqlarına görə, bütün baş verənlərin məsuliyyətini Saakaşvili hökuməti və onun komandası daşıyır.

Sadiq Musa
AzNews.az