İran ordusunda pilotsuz təyyarələr

İran İslam Respublikası müharibəyə hazırlıq görür. Hazırlıq çərçivəsində "Hazem" adlı yeni pilotsuz təyyarələr istifadəyə verilib.

Briqada generalı Fərzad İsmayılzadə bildirib ki, yeni təyyarələr genişləndirilmiş hərəkət radiusuna malik olmaqla əvvəlki təyyarələrdən fərqlənir. Bu təyyarələrin raket bomba zərbələri endirmək imkanı var.

Onun sözlərinə görə, "Hazem" təyyarələri 3 versiyada istehsal olunur. Təyyarələrdən kəşfiyyat məqsədilə istifadəsi də nəzərdə tutulur. Ancaq zərurət yarandığı təqdirdə onlardan silah daşınması üçün də istifadə olunacaq.

Alpər
AzNews.az