“Vahid Rusiya” seçkilərdə öndədir

Rusiyanın 5 regionunda keçirilən qubernator seçkilərinin nəticələrinə görə, "Vahid Rusiya" partiyası öndədir.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Amur vilayətində səslərin 100 faiz sayılmasından sonra məlum olub ki, adı keçən partiyanın namizədi Oleq Kojemyako seçicilərin 77 faizinin səsini qazanıb.

Novqorod, Bryansk vilayətlərində də analoji vəziyyət müşahidə edilir. Qeyd edək ki, digər partiyalar 10 faizlik baryeri belə keçə bilmirlər.

Sadiq Musa
AzNews.az