- Köhnə - Region
- 16 Oktyabr 2012 09:27
- 2 837
İran məclisi yeni sanksiyaları müzakirə edir
Sanksiyaların təsirini azaltmağın yollarını axtarırlar
İran parlamentinin Enerji Komissiyasının üzvü Seyid Mehdi Musavinejad İsna xəbər agentliyinə müsahibəsində bildirib: "İndi Qərbin İran qazını və neftini almamasından narahat olmağa dəyməz. Vaxt gələcək onlar özləri İran neftinə və qazına möhtac olacaqlar".
O, həmçinin əlavə edib ki, İranın enerji resurslarına qərb dövlətlərinin tələbatı yarananda İran da satışdan imtina edəcək. Musəvinjad onu da bildirib ki, Qərbin indiki addımları siyasi şantajdır və bundan heç nə əldə etmək mümkün olmayacaq. "İran qazının çox az hissəsi Qərb bazarına çıxır.
İran əsasən qazı Türkiyəyə ixrac edir. Ancaq bilmək lazımdır ki, üzü qışa gedir və Avropa ölkələrinin qaza olan tələbatı artacaq.
Sadiq Musa
AzNews.az