Gürcüstanda yeni hökumətin tam tərkibi açıqlandı - SİYAHI

Gürcüstanda oktyabrın 1-də keçirilmiş parlament seçkisində qalib gəlmiş "Gürcü arzusu" blokunun lideri Bidzina İvanişvili kabinetinin tam tərkibini açıqlayıb.

"Media forum" saytı xəbər verir ki, baş nazir postuna namizəd Bidzina İvanişvilinin yeni siyahısı belədir:

Maliyyə naziri - Nodar Xaduri
İqtisadiyyat naziri - Georgi Kivirikaşvili
Qaçqınların işi üzrə nazir - David Daraxvelidze
Regional inkişaf və infrastruktur naziri - David Narmaniya
Ətraf mühitin mühafizəsi naziri - Xatuna Qoqoladze
Səhiyyə və sosial müdafiə naziri - David Sergiyenko
Təhsil naziri - Georgi Marqvelaşvili
Energetika naziri - Kaxi Kaladze
Daxili işlər naziri - İrakli Qaribaşvili
Xarici işlər naziri - Maya Pancikidze
Kənd təsərrüfatı naziri - David Kirvalidze
Baş nazir müavini, müdafiə naziri - İrakli Alasaniya
Ədliyyə naziri - Tea Sulukiani
Cəzaların icrası, probasiya və hüquqi yardım işləri naziri - Sozar Subari
Diaspor işləri üzrə dövlət naziri - Kote Surquladze
Avropa və avroatlantik inteqrasiya işləri üzrə dövlət naziri - Aleksi Petriaşvili
Mədəniyyət və abidələrin mühafizəsi naziri - Quram Odişariya
Reinteqrasiya işləri naziri - Paata Zakareişvili
İdman və gənclər naziri - Levan Kipiani
Dövlət auditi xidmətinin rəhbəri - Revaz Şavişvili
Milli Bankın prezidenti - Nodar Cavaxişvili
Baş prokuror - Arçil Kbilaşvili
Parlament sədri - David Usupaşvili
Parlament sədrinin müavinləri - Manana Kobaxidze, Zurab Tkemaladze, Zurab Abaşidze.

AzNews.az