- Köhnə - Region
- 7 İyul 2015 21:02
- 5 792
Mühacirlərin gəmisi batdı - Ölənlər var
Egey dənizinin Türkiyə sahilində qaçaq yolla Avropaya keçmək istəyən mühacir gəmisi batıb.
AzNews.az-ın Musavat.com-a istinadən məlumatına gəmidə 37 suriyalı olub. Dərhal hadisə yerinə gələn sahil təhlükəsizlik xidməti 7 nəfəri xilas edib. Bir nəfərin isə meyiti dəniz sularından çıxarlıb. Xilas edilənlərdən ikisinin uşaq, ikisinin isə qadın olduğu bildirilib. 29 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, son 7 ayda gəmi qəzaları nəticəsində boğulanların sayı rekord həddə çatıb.