Türkiyə qırıcıları Yunanıstan hava sərhədini pozub. Türkiyə qırıcıları Yunanıstan hava sərhədini pozub.

Türkiyə qırıcıları Yunanıstan səmasında

Türkiyə qırıcıları Yunanıstan hava sərhədini pozub.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, Türkiyəyə məxsus 10 qırıcı Egey dənizinin şimal-şərq, mərkəzi və cənub-şərqindən Yunanıstan hava sərhədinə 7 dəfə müdaxilə edib.

Müdaxiləni Yunanıstan müdafiə naziri təsdiqləyib. Nazirlikdən verilən məlumata görə, ən az iki qırıcı göyərtəsində silah aparıb. Hava məkanına müdaxilələrin birində silahdan istifadə olunmadan saxta hava döyüşü başladılıb.

Nazirliyin rəsmi nümayəndəsi bildirib ki, Yunanıstan aviasiyası Türkiyə təyyarələrini ölkənin hava məkanından çıxara bilib.

Aydan Axundova