İranın şimal hissəsində leysan yağış güclü daşqınlara səbəb olub. İranın şimal hissəsində leysan yağış güclü daşqınlara səbəb olub.

İranda güclü daşqın - 11 ölü

İranın şimal hissəsində leysan yağış güclü daşqınlara səbəb olub.

AzNews.az xəbər verir ki,Anspress-in İran kütləvi-informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, daşqın nəticəsində azı 11 nəfər ölüb. Ölənlər arasında 1 Çin vətəndaşının da olduğu bildirilir.

Daşqın Tehran, Əlborz və Qəzvin əyalətlərində baş verib. Burada ölənlərin sayının artacağı istisna edilmir. Sel suları içərisində insanlar olan azı 20 avtomobili aparıb. Bölgədə elektrik enerjisi təchizatı kəsilib.

Xilasedicilər leysan yağışa baxmayaraq, bütün gecə axtarış-xilasetmə əməliyyatını dayandırmayıblar.