- Köhnə - Region
- 22 Oktyabr 2012 09:43
- 4 281
Avropa Ermənistana kredit ayırdı

APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən həftə Ermənistan hökuməti Avropa İnvestisiya Bankı tərəfindən ayrılan 30.3 milyon avro və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılan 10,3 milyon avro kreditin alınmasına dair sazişi təsdiqləyib.
Alınan kredit hesabına Gürcüstanla sərhəddə yerləşən Baqrataşen, Bavra və Qoqavan sərhəd məntəqələri modernləşdiriləcək.
Bununla yanaşı, erməni KİV-ləri Rusiyanın Ermənistanın İran və Türkiyə ilə sərhədlərində mühafizə sisteminin yenidən qurulmasına kömək göstərəcəyi barədə məlumat yayıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, Ermənistanda Rusiya Federasiyası Dövlət sərhədlərinin bərpası Agentliyinin nümayəndəliyi yaradılacaq.
AzNews.az