Prezidenti həbsxanaya buraxmadılar

İran prezidenti Mahmud Əhmədinejat İRNA xəbər agenliyinin rəhbəri Əli Əkbər Cavanfekri həbsxanada ziyarət üçün müraciət etsə də onu cəza evinə buraxmayıblar.

AzNews.az-ın iarn mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin baş prokurorluğu prezidentin tələbinə rədd cavabı verib. İranın baş prokuroru Mühsin Əcayi icazə verilməməsini belə əsaslandırıb. "Ölkədə iqtisadi böhran yaşanır. Diqqətimizi daha önəmli məsələlərə yönəltməliyik".

Sadiq Musa
AzNews.az