“Ermənistan ordusu hazırda hansısa müharibədə iştirak edəcək gücə malik deyil”. “Ermənistan ordusu hazırda hansısa müharibədə iştirak edəcək gücə malik deyil”.

“Müharibə başlasa, ermənilər məğlub olacaq” - Erməni müxalifətçi (Yenilənib-2)

“Ermənistan ordusu hazırda hansısa müharibədə iştirak edəcək gücə malik deyil”.

AzNews.az xəbər verir ki, bu sözləri Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Bakıda keçirilən mətbuat konfransında deyib. Bildirib ki, Ermənistan hakimiyyəti də, xalqı da bu müharibənin Ermənistan tərəfinin məğlubiyyəti ilə bitəcəyini bilir: "Buna görə də heç kim müharibə istəmir".

Erməni QHT-çi onu da əlavə edib ki, hazırda Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir. Bildirib ki, sözügedən qruplaşmalar Dağlıq Qarabağda terrorizmlə məşğul olur və onlar vaxtilə hansısa criminal qruplaşmaların tərkibində olublar.

***
12:47
"Avqust ayında Sarkisyanın yaxın dostu mənə öz evimdə hücum etdi, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Bu, mənə olunan təzyiqlərin pik həddi idi".

AzNews.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən mətbuat konfransında Azərbaycandan sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan deyib.

Təşkilat sədri bildirib ki, döyüləndən sonra Sarkisyan rejimi onun səhhəti ilə bağlı saxta sənədlər hazırlatdırıb: "Həmin hücumda həyat yoldaşım da döyüldü və bir uşağımızı itirdik. Anama təzyiqlər etməyə başladılar. Mən də ailəmin və özümün təhlükəsizliyim üçün Azərbaycandan sığınacaq istədim".

Erməni müxalifətçi bildirib ki, mətbuat konfransını keçirməkdə məqsəd beynəlxalq təşkilatların, erməni diasporunun və dünya ictimaiyyətini diqqətini Serj Sarkisyanın cinayətkar rejiminə çəkməkdir.


***
12:34
Hazırda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycandan sığınacaq istəyən Ermənistanın "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyanın mətbuat konfransı keçirilir.

AzNews.az xəbər verir ki, V.E.Martirosyan mətbuat konfransında Azərbaycana qaçmasının təfərrüatlarından danışıb. Bildirib ki, Sarkisyan rejimindən bezdiyi üçün Azərbaycana pənah gətirib. Erməni müxalifətçi ailəsi ilə birlikdə burada xoş qarşılandığını qeyd edib: "Sarkisyan rejiminə qarşı mübarizə aparırdım. Buna görə də təzyiqlərə məruz qaldım. Nəinki mənə, ailəmə qarşı da təzyiqlər göstərirdilər. Azərbaycanda isə mənə və ailəmə heç bir təzyiq göstərilmir".




Bahar, Sevinc
AzNews.az