Eks-prezidentin oğlu əfv olundu

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkənin ilk Prezidenti Zviad Qamsaxurdianın oğlu Sotne Qamsaxurdianı əfv edib. Gürcüstan patriarxlığının verdiyi məlumata görə, bütün Gürcüstanın katalikos-patriarxı II İlia sentyabrın 28-də Qamsaxurdianın əfv edilməsi ilə bağlı müraciət edib.

Patriarx Sotne Qamsaxurdianın səhhəti pisləşdiyi üçün onun əfv edilməsini xahiş edib. Həbsxanada Qamsaxurdia hepatit C virusuna yoluxub ki, bu da ciddi və uzunmüddətli müalicə tələb edir.

Sotne Qamsaxurdia 2009-cu il oktyabrın 27-də saxlanılıb. Onu qonşusu David Bacelidzeyə odlu silahdan xəsarət yetirməkdə ittiham etsələr də, Qamsaxurdia təqsirini boynuna almayıb. O özünü "siyasi məhbus" hesab edir.

2010-cu ildə məhkəmə yenidən Qamsaxurdianı mühakimə edib və onu 9 il yarım müddətinə azadlıqdan məhrum edib. Bu dəfə o bilərəkdən qətl törətməkdə və qanunsuz silah gəzdirməkdə ittiham olunub. Həbsdə olduğu müddətdə Qamsaxurdia bir neçə dəfə aclıq elan edib.

AzNews.az