50 iranlı girov bayramda da azad edilmədi


Suriyada bu ilin avqust ayında müxalif qüvvələr tərəfindən girov saxlanılan 50 İran vətəndaşını azad etmək hələ də mümkün olmayıb.

Girovların Qurban bayramında azad ediləcəyi gözlənilsə də, xəbər təsdiqini tapmayıb. İran İslam Respublikasının Xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahian bildirib ki, girovlar azad edilməsələr də, 48 zəvvar və 2 mühəndisin sağ olduqları barədə məlumat alınıb.

Nazirlik təmsilçisi hətta girovların sag olduğunu təsdiqləyən video görüntülərin də olduğunu bildirib. Abdullahian qeyd edib ki, girovların azad edilməsi üçün tədbirlər davam etdirilir.

Alpər Oğuz
AzNews.az