Rusiyanın “Ural Airlines” hava şirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırdığını elan edib. Rusiyanın “Ural Airlines” hava şirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırdığını elan edib.

Rusiya Sinay üzərindən uçuşları dayandırdı

Rusiyanın “Ural Airlines” hava şirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırdığını elan edib.


AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Misirdəki Şərm-əl-Şeyx istirahət mərkəzindən Rusiyaya uçuşların marşurutuna düzəlişlər ediləcək.

"Bütün uçuşlar Sinay yarımadasından yan keçərək aparılacaq", mətbuat xidmətinin nümayəndəsi bildirib.

Bu qərar oktyabrın 31-də Rusiyanın "Kogalymavia" hava şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğradıqdan sonra qəbul olunub.

Qəza nəticəsində təyyarədə olan 224 nəfərin hamısı həlak olub.

Bundan əvvəl Sinay üzərindən uçuşları dayandıraraq təyyarələrinin marşrutunu dəyişdirdiklərini Emirates, Air France və Lufthansa hava şirkətləri də elan etmişdi.