Rəsmi Ankara ölkənin Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır. Rəsmi Ankara ölkənin Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.

“Türkiyə Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək”

Rəsmi Ankara ölkənin Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansla görüşdə bəyan edib.

Danışıqlarda noyabrın 1-də Türkiyədə keçirilmiş parlament seçkiləri, Türkiyənin Avropa İttifaqına inteqrasiya prosesi, miqrant böhranı, readmisiya haqqında sazişin yerinə yetirilməsi diqqət mərkəzində olub.

Ə.Davudoğlu bildirib ki, Türkiyənin Avropa İttifaqına tam şəkildə inteqrasiyası yeni hökumətin ən əsas prioritetlərindəndir: "Bu mənada biz Avropa İttifaqından zəruri addımların atılmasını gözləyirik. Türkiyə, öz növbəsində, Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək".