Tikinti materialları məmur və alverilər tərəfindən mənimsənilib Tikinti materialları məmur və alverilər tərəfindən mənimsənilib

Zəlzələ bölgəsində yoluxucu xəstəliklər yayılıb

Tikinti materialları məmur və alverilər tərəfindən mənimsənilib



İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən ötən müddət ərzində yeni evlərin tikintisi üçün göndərilən tikinti materialları məmurlar və alverilər tərəfindən mənimsənilib. Bu barədə məlumatı "BayBak" saytı yayıb.

Məlumata görə, zəlzələ bölgəsində elektrik, su və yemək qıtlığı davam etməkdədir: "Yoluxucu xəstəliklər azmiş kimi, indi də soyuqdan yaranan xəstəliklər soydaşlarımızı təhlikəyə salır. Güneylilərin yardımları hələ davam etsə də, dövlətin maneələri yardımların miqdarını azaldıb".

Saytın xəbərində bildirilir ki, Əhər-Vərziqan bölgəsində bölgəyə ilk yardım zəlzələdən 8 saat sonra göndərilib. Bu yardım isə 2 təcili yardım maşını və bir neçə maşın əşyadan ibarət olub: "Dövlət zəlzələdən 20 saat sonra xilasetmə əməliyyatlarının dayandırıldığını elan etdi. Azərbaycan xalqı və bəzi deputatların etirazı nəticəsində dövlət başçısı bölgəyə getdi, dini lider qısa başsağlığı ilə kifayətlənərək bir neçə həftə sonra bölgəyə baş çəkdi. Dövlətin son vədlərində isə deyilir ki, bir ay ərzində bütün evsizlərə ev tikiləcək".

Məlumat üçün bildirək ki, bu günlərdə zəlzələ bölgəsində 2 yaşlı uşaq soyuqdan ölüb.

Alpər Oğuz
AzNews.az