ETTELAAT körpüdən bayrağı asan soydaşımızı axtarır ETTELAAT körpüdən bayrağı asan soydaşımızı axtarır

Urmuda asılan Azərbaycan bayrağı qalmaqal yaratdı

ETTELAAT körpüdən bayrağı asan soydaşımızı axtarır



Güney Azərbaycanın Urmu şəhərində Azərbaycanın üçrəngli bayrağı dalğalandırılıb. Bayraq İranın təhlükəsizlik orqanı olan ETTELAAT- in Urmu şəhər şöbəsinin binasına olduqca yaxın məsafədə yerləşən "Şəhərçayı" körpüsünün üzərindən asılıb.

Dünya Azərbaycanlıları Konqresindən verilən məlumata görə, bayraq Milli Hərəkat fəalları tərəfindən körpüdən asılıb: "Azərbaycan bayrağını körpüdən asılı vəziyyətdə görən avtomobil sürücüləri uzun siqnallarla öz sevinclərini brüzə veriblər. Bayraq 30 dəqiqə körpüdən asılı qaldıqdan sonra hökumət qüvvələri tərəfindən endirilib".

Başqa bir məlumata görə isə, hazırda təhlükəsizlik qüvvələri bayrağın kim tərəfindən asıldığını araşdırır. Lakin ərazidə təhlükəsizlik kameraları olmadığı üçün
axtarış hələlik heç bir nəticə verməyib.
Alpər Oğuz
AzNews.az