Putindən Türkiyədən idxal olunan mallarla bağlı – Sərt tapşırıq

Rusiya təyyarəsinin vurulmasından sonra Rəsmi Moskva Türkiyədən idxal olunan qidalara nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verib.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə, Türkiyədən idxal edilən kənd təsərrüfatı və qida məhsullarının yoxlanılması artırılıb. Bildirilib ki,Türkiyədən idxal edilən qida məhsullarının 15 faizi Rusiya standartlarına uymur, buna görə də, hökumət Qida Təhlükəsizliyi Təşkilatına yoxlamanın gücləndirilməsi haqda göstəriş verib. Rusiyanın Türkiyədən qida idxalı tərəvəz, meyvə və ət məhsullarından ibarətdir. Onu da bildirək ki, son illərdə Rusiya-Ukrayna məsələsinə görə tətbiq olunan sanksiyalar səbəbindən Rusiyanın Türkiyədən qida idxalı xeyli artmışdı.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti gərginləşdirib. Rusiya sərhədə hərbi gəmi yerləşdirib və Türkiyədəki səfirini geri çağıra biləcəyini qeyd edib. Bundan əlavə Türkiyədən ət idxalını dayandırıb.

Sevinc YASİNQIZI
AzNews.az