Rəsmi Ankaradan Rusiyanın sanksiyalarına - Reaksiya

Türkiyə hökümətinin yüksək vəzifəli rəsmisi Rusiyanın tətbiq etdiyi sasnksiyaları şərh edib.


Bu barədə AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

"Sanksiyalar iki ölkə arasındakı əlaqələri daha da gərginləşdirəcək. Bu addımlar problemi yalnız dərinləşdirir", - hökümət rəsmisi bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub, Türkiyə ilə vizasız gediş-gəliş barədə sazişin fəaliyyətini dayandırıb, Rusiya hökumətinə RF və Türkiyə arasında çarter hava daşınmalarına qadağanın tətbiq edilməsini nəzərdə tutan tədbirlər görmək tapşırığı verib, Türkiyə vətəndaşlarına Rusiyada işləməyə qadağan edib.