Saakaşvili prezident sarayını tərk etməkdən imtina etdi

Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin Prezident sarayını tərk edərək işə Dövlət dəftərxanasının binasında davam etmək barədə təklifini qəbul etməyib. Bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze məlumat verib.

"Prezident sarayı vətəndaş Saakaşvilinin şəxsi mülkiyyəti deyil. Bu bina prezidentin işləməsi üçün nəzərdə tutulub", deyə o bildirib. Mancqaladze Gürcüstanda erkən prezident seçkilərinin keçirilməsini istisna edib. Prezident Saakaşvilinin səlahiyyət müddəti 2013-cü ilin oktyabrında bitir.

Bir müddət əvvəl Gürcüstan baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşviliyə prezident sarayını tərk edərək Dövlət dəftərxanasının binasına köçməyi təklif edib. İvanişvili həmin binada prezidentə işləmək üçün bir mərtəbə ayırmağa söz verib.

AzNews.az