“Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil”. “Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil”.

Ermənistan Rusiyaya arxa çevirir

“Ermənistanın bir nömrəli strateji müttəfiqi Rusiya deyil”.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu sözləri erməni iqtisadçı Artak Manukyan "İran üzərindən beynəlxalq sanksiyaların götülməsinin Cənubi Qafqaza iqtisadi və siyasi təsirinə" həsr edilən müzakirələrdə deyib.

Manukyan bildirib ki, Ermənistanın bir nömrəli strateji müttəfiqi İrandır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin mövcudluğu şəraitində İran –real status-kvonun saxlanılmasında maraqlı dövlətlərdən biridir. "İranın məqsədi Azərbaycana niyətlərini həyata keçirməsinə imkan verməməkdir", -deyə Manukyan bildirib.

İqtisadçı həmçinin İranın neft bazarına daxil olması ilə bağlı məsələyə münasibət bildirib. "Neft qiymətlərinin endiyi bir vaxtda bu sferada oyunçular və investisiyalar azalır. İran isə neft bazarına çox əlverişsiz şəraitdə daxil olur. Çox ehtimal ki, bu Rusiya, ABŞ və Avropa Birliyinin münaqişəsinin nəticəsidir. Yəqin ki, İranın neft bazarına daxil olması Rusiya iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq", - deyən Manukyan əlavə edib ki, bəzi istiqamətlərdə İran və Rusiya bilavasitə bir-biri ilə rəqabət aparır.

İran və Ermənistan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf edir. Bir necə il əvvəl "WikiLeaks" saytının yayımladığı diplomatı sənədlərdə İran və Ermənistan münasibətlərinin göründüyündən daha dərin köklərə malik olduğu qeyd edilirdi.

Ermənistan prezidenti Serj Sarkisyan əmindir ki, İran Avropaya təbii qaz ixrac etmək məqsədilə Şimal-Cənub enerji dəhlizini (İran-Ermənistan-Gürcüstan) çəkmək arzusundadır. Onun fikrincə, İran sözügedən enerji dəhlizinin perspektivini "ən yüksək prioritet" kimi görür və İranın bölgə ilə bağlı səylərinə bütövlükdə bu prizmadan yanaşılmalıdır.

Hazırda İran üzərindən sanksiyaların gütürülməsi Ermənistana regionda enerji və nəqliyyat layihələrində iştirak etməyə imkan verir. Amma Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməsi Ermənistanı narahat etməyə başlayıb.

Elə bu səbəbdən də Sarkisyan hökuməti İran – Ermənistan dəmir yolunun çəkilməsini gündəmə gətirmişdi. Həmçinin Gürüstanın İranla qaz danışıqlarına başlaması Ermənistanın enerji layihələrində iştirak şansını artırırdı.

Hətta həmin vaxt İran – Emənistan – Gürcüstan qaz boru xəttinin çəkilməsi gündəmə gəlmişdi. Bu xətt vasitəsi ilə İran qazı hətta Avropaya ötürülə bilərdi. Amma danışıqların qızğın davam etdiyi bir vaxtda Ermənistan hakimiyəti qaz kəmərinin çəkilişi ilə bağlı heç bir açıqlama vermirdi. SOCAR rəhbərliyi Gürcüstana səfər etdikdən sonra Ermənistanın Energetika və Təbii resuslar naziri Yervand Zaxaryan açıqlama verdi ki, İran – Ermənistan – Gürcüstan qaz kəmərinin çəkilişi gündəmdə deyil.

Yəqin ki, Ermənistan İran qazının Gürcüstana ixracına qarşı çıxan Rusiyanın təzyiqi ilə susurdu. Çünki bununla Rusiya Gürcüstan bazarını itirə bilərdi. Gürcüstanın "Qazprom"la əməkdaşlığı tam təsdiqini tapdıqdan sonra Ermənistan hökuməti açıqlama verdi.

Baş verənlərdən aydın olur ki, Ermənistanın İranla əməkdaşlığına onun ən böyük müttəfiqlərindən biri Rusiya da isti münasibət göstərmir. Amma yəqin ki, Rusiya istəməsə belə onun gizli rəqibi olan İranla Ermənistan münasibətləri inkişaf edəcək.

Çünki iqtisadi cəhətdən zəyif olan Ermənistan İran üçün əsl gəlir mənbəyi və Avropaya yüklərin daşınmasında ucuz nəqliyyat dəhlizi olar. Amma Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətə qədər Ermənistanın regional layihədə tam şəkildə iştirakı qeyri – mümkün görünür.