- Qayıdış
- 3 Noyabr 2018 12:46
- 1 491
Petrosyan seçkidən imtina etdi

Bu addımın atılmasına səbəb Seçki Məcəlləsində planlaşdırılan dəyişiklik olub
Erməni Milli Konqresi Partiyası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkisində iştirakdan imtina edib.
Bu məlumatı Ermənistanın “Jamanak” qəzeti yayıb.
Partiyanın belə addım atmasına səbəb Seçki Məcəlləsində planlaşdırılan dəyişikliklərin həyata keçirilməməsi olub.
Üstəlik, partiya özünün seçki kampaniyasının dəstəklənməsi üçün yetərli maliyyə vasitələri tapa bilmədiyi üçün seçki kampaniyasına qatılmayacağını bildirib.
Qeyd edək ki, Erməni Milli Konqresi Partiyası Ermənistanın eks-prezidenti Levon Ter Petrosyanın partiyası sayılır. (axar.az)
© AzNews.az