- Qayıdış
- 17 Oktyabr 2020 12:19
- 3 672
Düşmənin Su-25 təyyarəsi məhv edildi
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.