- Qayıdış
- 2 Aprel 2021 14:53
- 4 280
Köçəryan Paşinyandan öncə Moskvaya uçdu

Məlumatı “Qraparak” qəzeti yayıb
Ermənistanın eks-prezidenti Robert Köçəryan çərşənbə axşamı Moskvaya səfər edib.
Axar.az xəbər verir ki, səfər qısa müdddətli olub.
Onun “AFK Sistema” şirkətinin iclasında iştirak etdiyi və İrəvana geri döndüyü bildirilib.
Qeyd edək ki, Nikol Paşinyanın Rusiyaya səfərinin aprelin 7-də olacağı gözlənilir.