- Qayıdış
- 14 İyul 2021 12:46
- 6 068
Ermənistan xüsusi təyinatlıları Oxçuçayı çirkləndirən kombinatda əməliyyat keçirir
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatının ərazisinə daxil olublar
AzNews.az “Report”a istinadən xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, kombinatın təhlükəsizlik xidmətinin əməkdaşları saxlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl hakimiyyətin müəssisədən mis və molibden ixrac edilməsinə icazə vermədiyinə dair məlumat yayılmışdı.
Xatırladaq ki, Zəngəzur Mis-Molibden Kombinatı Ermənistandan mənbəyini götürməklə Azərbaycan ərazisində Araz çayına tökülən Oxçuçayı radioaktiv tullantılarla çirkləndirir.