Fakta hüquqi qiymət verilməsi təmin ediləcək Fakta hüquqi qiymət verilməsi təmin ediləcək

Hərbi qulluqçuya zor tətbiq edilməsi görüntüləri araşdırılır

Fakta hüquqi qiymət verilməsi təmin ediləcək

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

O bildirib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.