- Qayıdış
- 15 İyul 2023 11:12
- 7 121
Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb
İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Aznews.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.