Xankəndidə iki nəfər Araik Arutunyanın oturduğu binaya girərək atəş açıb

Xankəndidə naməlum şəxslərin Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyanın oturduğu binaya girərək atəş açmasını bəzi təfərrüatları məlum olub.

Aznews.az xəbər verir ki, məlum olub ki, Xankəndidə yaşayan iki nəfər – A. V. (1983-cü il təvəllüdlü) və A. A. (1981-ci il təvəllüdlü) avqustun 28-i saat 03 radələrində sərxoş vəziyyətdə binaya və yaxınlıqdakı şəxslərə avtomat silahdan atəş açıb.

Həmin şəxslər saxlanılıb.

***

12.47

Xankəndidə naməlum şəxslər Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu binaya girərək atəş açıblar.

Bu barədə görüntü sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Bildirilir ki, naməlum şəxslər günün qaranlıq vaxtında Qarabağdakı erməni quldurların başçısı Araik Arutunyanın oturduğu inzibati binaya daxil olaraq avtomat silahdan atəş açıblar.

Atışma zamanı Araik Arutunyanın binada olub-olmadığı məlum deyil. Hadisənin törədənlərin kimliyi və atışma nəticəsində zərərçəkənlərin olub-olmadığı da bilinmir.

Qeyd edək ki, Qarabağdakı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb.