Paşinyan Ermənistanın Aİ ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu bəyan edib

Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Aznews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

“Münasibətlərimizin ümumi dəyərlər sisteminə əsaslandığını vurğulamaq vacibdir. Biz Avropa İttifaqı ilə əlaqələrimizi dərinləşdirmək istəyirik”, - Paşinyan çıxışında qeyd edib.

O əlavə edib ki, Yerevan “heç bir şəkildə bu əməkdaşlığı regional əlaqələri ilə müqayisə etmək” istəməz.

Mövsüm