Prezidentin səlahiyyətli nümayəndəsi: Şuşaya yaxın aylarda köç başlayacaq

Şuşaya yaxın 1-2 ay ərzində ailələrin köçü başlayacaq.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov deyib.

A.Kərimov deyib ki, Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir.