- Qayıdış
- 18:08
- 1 559
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdamın Xıdırlı kəndi ilə tanış olublar - FOTO

III Şuşa Qlobal Media Forumunun iştirakçılarının Ağdama səfəri davam edir.
Aznews.az xəbər verir ki, qonaqlar Ağdamın Xıdırlı kəndi ilə tanış olublar.
Ağdamın Xıdırlı kəndinə bu ay ərzində 188 ailənin köçü təmin ediləcək. Növbəti iki ay ərzində isə müvafiq olaraq 195 və 390 ailə kəndə köçürüləcək.
Qeyd edək ki, Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.






