Xıdırlı kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim edilib – YENİLƏNİB-2

Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.

Kəndə qayıdan sakinləri qarşılama mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xıdırlı kəndinə Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Ağdam, Ağcabədi, Bərdə, Yevlax və Qəbələ rayonlarında müvəqqəti məskunlaşmış kənd sakinləri köçürülüb.

12:56

Ağdam rayonunun Xıdırlı kəndinə yol salınan köç karvanı məntəqəyə çatıb.

Yenidən qurulan Xıdırlı kəndinə 236 nəfər (60 ailə) qayıdıb.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

07:10

Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb.

60 ailə (236 nəfər) doğma yurduna qayıdıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.