- Qayıdış
- 11:52
- 706
Kəlbəcərdə 2 məhəllənin layihələndirilməsinə 3 milyon manat vəsait ayrıldı

"Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" 3-cü və 4-cü yaşayış məhəlləsinin layihələndirilməsinə toplam 3 milyon 131 min 530 manat vəsait ayırıb.
Teleqraf xəbər verir ki, layihələndirmə işləri "TK Project" MMC-yə həvalə olunub.
Müvafiq işlərin icrasına bu ayın 1-dən başlanılıb, ilin sonuna qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, "TK Project" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kərimli Tofiq Rafiq oğludur. Şirkət bundan əvvəl "Murtuza Muxtarov adına ev muzeyi"nin bərpa gücləndirmə işlərinin layihəsini, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nin layihələndirilməsini, "Nərimanov Rayon Cümə Məscidi"nin bərpası layihəsini həyata keçirib.
AzNews.az