- Qayıdış
- 11 Dekabr 13:09
- 2 638
Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb
Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.
Aznews.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürüləcək.