- Qayıdış
- 18:00
- 1 060
Cəbrayılda al-əlvan çiçəklər acıb - Seymur Verdizadə yazır
Yediyi qaba tüpürən nankor ermənilərə layiq olduqları yeri göstərdiyin üçün sənə təşəkkür düşür. Hələ də müharibə ritorikası ilə yaşayan vələdüzzinalara yaxşı cavab verirsən - xəbərim var. Deyəsən, bu yaxınlarda belə demişdin: "Müharibə başa çatandan sonra bir il Cəbrayılda leş topladıq. Azərbaycanlılarla müharibə etmək bizim haramıza yaraşır?!"
Düz demisən...
Yəqin eşitmiş olarsan, bu yaxınlarda Cəbrayıla getmişdim. Bilməmiş olmazsan, Cəbrayıla yol çəkmişik. Sarkisyanın başına and olsun, şüşə kimidir. İrəvanın mərkəzində belə hamar yol yoxdur. Sən çəkə bilmədin, biz özümüz çəkdik. Yeri gəlmişkən, biz tərəflərdə sözünün üstündə durmayan kişiyə yaxşı baxmırlar. Amma buna görə narahat olma. Onsuz da biz 200 ildir ermənilərdən kişilik gözləmirik...
Cəbrayılın ucsuz-bucaqsız çöllərində al-əlvan çiçəklər acıb. Rəngini şəhid qanından alan nazlı lalələr əsrarəngiz gözəlliyi ilə adamın gözünü qamaşdırır. Bəsti müəllimənin 40 il əvvəl öz əlləri ilə əkdiyi, ötən həftə öz əlləri ilə dərib bizə hədiyyə etdiyi yasəmənin qoxusu hələ də burnumuzdan getməyib. Cəbrayılda arzularımız ciçək açıb...
Allah cəbrayıllılardan öz səxavətini əsirgəməyib. Bu il Soltanlının çöllərinə şomu dolu kimi yağıb. Dizimizi yerə qoyub yığa bildiyimiz qədər yığdıq. Annanın nə vaxtsa sənə Cəbrayıl şomusundan dovğa bişirdiyinə inanmıram. Amma bizim evdə bişirdilər. Sən ucuz marqarin yağında qızaran peraşki yeyəndə, mən dovğa içirdim...
Nikol, bir vaxtlar xaraba qoyduğunuz kəndimiz indi yenidən inşa olunur. Soltanlıda bir-birindən gözəl evlər tikilir. Tezliklə doğma yurdumuza köçüb ata evimizin çırağını yandıracağıq. Soltanlının gur işıqları kor gözlərinizi qamaşdıracaq...
Bilirəm, başın seçkilərə qarışıb. İnanıram ki, ona-buna tulalıq edən o dılğır rəqiblərinin kürəyini yerə vuracaqsan. Tez-tez "Artsax" deyən o sarsaqların dərsini özün ver. Bizim daha vacib işlərimiz var; qurub-yaradırıq. İtə-qurda ayırmağa vaxtımız yoxdur…
Seymur Verdizadə