Bu il 14 fevralda Moskvada 288 yeni ailə qurulacaq. Bu il 14 fevralda Moskvada 288 yeni ailə qurulacaq.

288 cütlük eyni gündə evlənəcək

Bu il 14 fevralda Moskvada 288 yeni ailə qurulacaq.

Rusiyanın paytaxtı Moskvada Müqəddəs Valentin günü təxminən 300 cütlük nikah evlərində qeydiyyatdan keçəcək.

Bu barədə Moskva meriyasının rəsmi saytında qeyd olunub.

Qeyd olunur ki, əsasən həftəsonu nikah qeydiyyatı çox olduğu halda, bu dəfə həftəiçi də belə böyük göstərici qeydə alınacaq.

Moskva Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinin rəisi Yelena Yefremova deyib ki, bu il 14 fevralda Moskvada 288 yeni ailə qurulacaq. Ötən il bu münasibətlə 325 ərizə qəbul edilmişdi.(trend.az)

© AzNews.az